Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının yeni müdafiə naziri ordu generalı Yaşar Gülərə təbrik məktubu göndərib.
Bu barədə BUTA.TV-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
"Cənab Yaşar Gülər, Sizi qardaş Türkiyə Respublikasının milli müdafiə naziri təyin edilməyiniz münasibəti ilə öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından səmimi qəlbdən təbrik edirəm.
Siz Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olarkən də Azərbaycan Ordusunun təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsinə dəstəyinizi əsirgəməmisiniz.
Əminəm ki, Türkiyə Respublikasının milli müdafiə naziri olduğunuz müddətdə də birgə fəaliyyətimiz yüksək səviyyədə davam edəcək.
Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlığın daha da inkişafına və güclənməsi istiqamətində atılan addımlara böyük töhfələr verəcəksiniz.
Sizi bir daha öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayıram", - məktubda qeyd olunub.
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video
- Bu gün Lənkəranın bu ərazilərində işıq olmayacaq
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi