Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonrakı ziyafətdə qısa görüş keçirən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın fotoları region ölkələrinin mediasının və sosial şəbəkə istifadəçilərinin xüsusi diqqət mərkəzindədir.
BUTA.TV xəbər verir ki, Əliyev və Paşinyanın sərbəst münasibət qurmaları, üstəlik Paşinyanın hansısa məqamla bağlı sözlərinə Əliyevin gülməsi, liderələrin xoş atmosferdə, təbəssümlə söhbət etmələri müzakirəyə çevrilib.
Liderlərin bu ünsiyyətinin sülh danışıqlarının növbəti mərhələsində artıq vasitəçilərə ehtiyac olmadan müzakirələr aparması üçün xüsusi önəm daşıması gündəmə gətirilib.
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video
- Bu gün Lənkəranın bu ərazilərində işıq olmayacaq
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi