Ermənistan Baş naziri Nikol Paşinyanın Ankaraya, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə getməsi və orada ayaqüstü görüşlər keçirməsinə qarşı Ermənistan müxalifəti ciddi təbliğat aparırlar.
BUTA.TV xəbər verir ki, erməni müxalif mediası Nikol Paşinyanın mərasimdə oturduğu yerə diqqət çəkib. Bildirilib ki, N.Paşinyan 4 mindən çox qonağın iştirak etdiyi məclisdə qəsdən İlham Əliyevin arxasında oturdulub. Ərdoğan İlham Əliyevlə xüsusi görüşüb və bu zaman Paşinyan onları alqışlamağa məcbur olub.
Xatırladaq ki, mərasim zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın yanında Türkiyə ilə münasibətləri ən yüksək səviyyədə olan ölkələrin liderləri yerləşmişdilər. Təsadüfi deyil ki, bu məqama görə də İlham Əliyev və Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğanla yanaşı əyləşmişdi. Daha sonra isə TDT ölkələri liderləri və s. gəlirdi.
Türkiyə ilə hazırda heç bir diplomatik əlaqəsi olmayan, sərhədləri belə bağlı olan Ermənistanın Baş nazirinə ikinci sırada olmasına baxmayaraq, məhz Ərdoğan və Əliyevin arxasında yer verilməsi isə əslində diplomatik jest sayılmalıdır.
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video
- Bu gün Lənkəranın bu ərazilərində işıq olmayacaq
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi