Baş nazirin müavini İrina Vereşçuk Luqansk və Donetsk vilayətlərinin rəhbərliyini bu bölgələrin işğaldan azad edildikdən sonra sabitləşməsi və reinteqrasiyası üçün təcili fəaliyyət planlarını müzakirə etmək üçün Dneprdə görüş keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Reinteqrasiya Nazirliyindən məlumat verilib.
Məlumata görə, həmin regionların təhlükəsizliyi, dövlət orqanlarının işinin bərpası, humanitar və tibbi reaksiya, infrastruktunu bərpası, iqtisadiyyat, sosial müdafiə və digər istiqamətlərdə planlar işlənir.
“Donetsk və Luqansk vilayətləri Rusiyanın təcavüzündən ən çox zərər çəkən bölgələrdir. Ona görə də əsas vəzifələrdən biri kritik infrastrukturun bərpası olacaq. Burada beynəlxalq tərəfdaşlarımızın dəstəyi önəmli olacaq”, - Vereşçuk bildirib.
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video
- Bu gün Lənkəranın bu ərazilərində işıq olmayacaq
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp
- Rusiyanın xüsusi təyyarəsi Lənkərana eniş etdi