Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində 2 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Nazirlikdən BUTA.TV-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Nardaran” sularda xilasetmə məntəqəsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə hava şarı üzərində batma təhlükəsində olan Bakı şəhər sakinləri - 1995-ci il təvəllüdlü A.Axmedov və 1999-cu il təvəllüdlü E.Xələfov dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.
- FHN Bakı Metropolitenində təlim keçirdi - Video
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video
- Bu gün Lənkəranın bu ərazilərində işıq olmayacaq
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp