MAQATE İran hakimiyyətinə təslim oldu.
BUTA.TV xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu MAQATE-nin İranın Fordo şəhərindəki nüvə obyektində uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı təhqiqatı bağlamaq qərarına münasibət bildirərkən deyib.
"İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) yalan danışmağa davam edir. Agentliyin İranın təzyiqlərinə təslim olması onun reputasiyasına qara ləkədir. MAQATE-nin bu zəif bəhanələr qarşısında təsirsiz davranışı İran hökmdarlarına açıq şəkildə göstərir ki, onlar öz pozuntularına görə heç bir bədəl ödəməli olmayacaqlar və nüvə silahı əldə etmək səylərini davam etdirərək beynəlxalq ictimaiyyəti aldatmağa davam edə bilərlər”, - deyə o bildirib.
- FHN Bakı Metropolitenində təlim keçirdi - Video
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video
- Bu gün Lənkəranın bu ərazilərində işıq olmayacaq
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp