Son günlər Gürcüstanın əksər yanacaqdoldurma məntəqələrində benzinin qiymətində artım müşahidə olunur.
BUTA.TV Azərtac-a istinadən xəbər verir ki, əksər yanacaqdoldurma məntəqələrində benzinin qiyməti növündən asılı olaraq 20-25 tetri (8-10 sent) artıb.
Hazırda bəzi yanacaqdoldurma məntəqələrində 1 litr “Premium”un qiyməti 2,70 lari, “Euro Regular” 2,50 lari, “Regular” isə 2,35 lariyə satılır.
İqtisadçı ekspertlərin fikrincə, bu artım ölkə daxilində dolların yenidən bahalaşması və larinin dəyər itirməsi ilə əlaqədardır. Ekspertlər hesab edirlər ki, benzinin qiyməti inflyasiyanın artmasına və istehlak mallarının da qiymətlərinin bahalaşmasına təsir edəcək.
Qeyd edək ki, Gürcüstan Milli Bankı aprel ayında rekord məbləğdə - 322,4 milyon ABŞ dolları alış edib.
Gürcüstan bazarında dolların dəyər qazanmasına da məhz bu amilin səbəb olduğu bildirilir.
- FHN Bakı Metropolitenində təlim keçirdi - Video
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video
- Bu gün Lənkəranın bu ərazilərində işıq olmayacaq
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp