Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanda baş verən qatar qəzası ilə bağlı başsağlığı verib.
BUTA.TV xəbər verir ki, prezident bu barədə Tvitter hesabında paylaşım edib.
“Hindistanın Odişa əyalətində baş verən qatar qəzasında həyatını itirənlərin ailələrinə, Hindistan xalqına və hökumətinə öz adımdan və millətim adından başsağlığı verir, yaralılara şəfalar diləyirəm. Türkiyə olaraq yaraların sağalması üçün Hindistanın yanındayıq”, - paylaşımda qeyd edilib.
Qeyd edək ki, iyunun 2-də Hindistanın Odişa ştatında sərnişin və yük qatarı toqquşub. Qəzada 288 nəfər ölüb, 900-dən çox insan yaralanıb.
- FHN Bakı Metropolitenində təlim keçirdi - Video
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video
- Bu gün Lənkəranın bu ərazilərində işıq olmayacaq
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp