Kiyev Budapeştə Ukraynanın Krımsız xəritəsi ilə bağlı videoya görə rəsmi etiraz bəyanatı ünvanlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
"Macarıstan təxribatlara son qoymalı və BMT, AB və NATO-ya üzvlük çərçivəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməlidir. Krımın Ukrayna ərazisinin tərkibində olmaması Budapeştin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək barədə bəyanatlarına ziddir”, - bəyanatda bildirilib.
Qeyd edək ki, Macarıstan Krımın Ukrayna ərazisindən kənarda təsvir edərək Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çağıran bir video yayımlayıb.
- FHN Bakı Metropolitenində təlim keçirdi - Video
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video
- Bu gün Lənkəranın bu ərazilərində işıq olmayacaq
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp