Kişinyovda sərhədlərin delimitasiyası məsələsində müəyyən irəliləyiş əldə etmişik. Əlbəttə, məsələnin həll olunduğunu deyə bilmərik, lakin irəliləyirik.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Qriqoryan qeyd edib ki, sülh sazişi ilə bağlı danışıqlar çox intensiv gedir:
“Bu tempi davam etdirə bilsək, ilin sonuna qədər sülh müqaviləsi bağlamaq şansı var”.
Qeyd edək ki, Avropa Siyasi Birliyi sammiti çərçivəsində 1 iyunda Kişinyovda keçirilən beştərəfli (Əliyev-Paşinyan-Mişel-Makron-Şolts) qeyri-rəsmi görüşün nəticəsi olaraq heç bir sənəd imzalanlayıb, bəyanat da qəbul edilməyib.
- FHN Bakı Metropolitenində təlim keçirdi - Video
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video
- Bu gün Lənkəranın bu ərazilərində işıq olmayacaq
- Xameneinin dəfn ediləcəyi yer açıqlandı
- İranda dəqiq zərbələr: növbə məscidlərindir?
- Bakı metrosu yeni hərəkət qrafikinin sınağına başladı
- İranın heç nəyi qalmayıb, məhv etmişik - Tramp