Belqorod qubernatoru Vyaçeslav Qladkov əsirlərin dəyişdirilməsi üçün “Rusiyaya azadlıq” və “Rusiya könüllüləri korpusu” ilə görüşə gəlmədi.
BUTA.TV xəbər verir ki, bu barədə sözügedən legionların açıqlamasında deyilir.
Bildirilib ki, bu zaman ərzində əsirlərin sayı xeyli artıb:
“Qladkov qiymətli vaxtını əsirlər üçün ayırmağa özündə cəsarət tapmadı və ona görə də qubernator bundan sonra onlara diktə edə bilməz. Qubernator vəziyyətə nəzarət etmədikcə, legion Moskvada qərar qəbul edənlərlə danışacaq. Əsirlərə gəldikdə isə onlar Ukraynaya təhvil veriləcək”.
Qeyd edək ki, bundan öncə Qladkov sərhəd-keçid məntəqəsində əsirləri qaytarmaq üçün diversantlarla görüşə hazır olduğunu açıqlamışdı.
- Qeyri-etik paylaşımlar edən qadın tiktokerlər saxlanıldı - Video
- Pensiyaçılara şad xəbər
- Rusiya onları Azərbaycana təhvil verdi
- 40 yaşlı kişi su arxına yıxılaraq öldü
- Xamenei ilə vida mərasimi başlayır
- Azərbaycan vasitəsilə İrandan təxliyə olunanların sayı... - Foto
- ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
- FHN Bakı Metropolitenində təlim keçirdi - Video