Bakıda avtomobilin aşması nəticəsində sürücü ölüb, qardaşı xəsarət alıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Şiriyev Tural Araz oğlu icarəyə götürdüyü “Hunday Sonata” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra maşın yol kənarındakı maneəyə çırpılıb. Nəticədə T.Şiriyev hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olmuş qardaşı, 2000-ci il təvəllüdlü Turqay Şiriyev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.
- Rusiya onları Azərbaycana təhvil verdi
- 40 yaşlı kişi su arxına yıxılaraq öldü
- Xamenei ilə vida mərasimi başlayır
- Azərbaycan vasitəsilə İrandan təxliyə olunanların sayı... - Foto
- ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
- FHN Bakı Metropolitenində təlim keçirdi - Video
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video