Ukrayna ordusu Zaporojye vilayətində bir istiqamətdə irəliləyib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“İyunun 4-də Ukrayna qüvvələri Donetsk vilayətinin qərbində və Zaporojye vilayətinin şərq hissəsində lokal hücumlar həyata keçirərək məhdud taktiki uğur əldə ediblər, - məlumatda qeyd olunub.
İnstitut analitikləri rusiyalı hərbi jurnalistlərə istinadla bildiriblər ki, Ukrayna ordusunun mexanikləşdirilmiş qüvvələri Rivnopoldan şimal-şərqə doğru kiçik irəliləyiş əldə ediblər:
“Rus hərbi blogerlər Ukrayna ordusunun Novodarovka və Neskuçnoqo yaşayış məntəqələrini azad etdiyini elan ediblər. Hətta Rusiya ordusunun Novodarovkadan cənub-qərbdə yerləşən Levanddakı mövqelərini itirdiyi bildirilir. O da qeyd olunur ki, ukraynalı hərbçilər rusların birinci müdafiə xəttini yarıb və bu rayonda 500 metr-3 kilometr irəliləyiblər”.
- Rusiya onları Azərbaycana təhvil verdi
- 40 yaşlı kişi su arxına yıxılaraq öldü
- Xamenei ilə vida mərasimi başlayır
- Azərbaycan vasitəsilə İrandan təxliyə olunanların sayı... - Foto
- ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
- FHN Bakı Metropolitenində təlim keçirdi - Video
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video