Rusiya ordusu ukraynalıları ruhdan salmaq üçün əks-hücum mövzusundan istifadə edərək, genişmiqyaslı informasiya-psixoloji əməliyyat hazırlayır.
BUTA.TV xəbər verir ki, bununla bağlı Ukrayna ordusunun Strateji Kommunikasiyalar Mərkəzi xəbərdarlıq edib.
“Rusiya sosial şəbəkələr və Teleqram kanalları vasitəsilə Ukrayna ordusunun “məğlubiyyətlərini” nümayiş etdirərək əvvəlcədən hazırlanmış köhnə foto və videoları yaymağa başlayacaq. Xüsusilə də vurulmuş texnika, ölü və əsirləri göstərəcəklər. Həmçinin, düşmən ictimaiyyəti çaşdırmaq üçün Ukrayna əks-hücumunun uğursuz əməliyyatları haqqında “hesabat” da verəcək. Rusiya təbliğatçıları başlamayan əks-hücumun “istiqamətləri” və Ukrayna qoşunlarının itkiləri barədə yalan məlumatlar yayacaqlar”, - məlumatda qeyd edilib.
- Rusiya onları Azərbaycana təhvil verdi
- 40 yaşlı kişi su arxına yıxılaraq öldü
- Xamenei ilə vida mərasimi başlayır
- Azərbaycan vasitəsilə İrandan təxliyə olunanların sayı... - Foto
- ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
- FHN Bakı Metropolitenində təlim keçirdi - Video
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video