Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-23° isti olacaq.
- Rusiya onları Azərbaycana təhvil verdi
- 40 yaşlı kişi su arxına yıxılaraq öldü
- Xamenei ilə vida mərasimi başlayır
- Azərbaycan vasitəsilə İrandan təxliyə olunanların sayı... - Foto
- ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
- FHN Bakı Metropolitenində təlim keçirdi - Video
- Gəncədə ağır qəza: ölən var
- Yaxın Şərqdə gərginlik: Aviabiletlər bahalaşdı - Video