Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəb yaradılacaq.
BUTA.TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.
Sənəddə qeyd olunub ki, orta təhsilin keyfiyyət göstəricilərinin artması məqsədi güdən məktəbin yaradılması ilə bağlı layihə hazırlanmalıdır.
2023-2027-ci illəri əhatə edəcək tədbirin əsas icraçı orqanı Naxçıvanın Nazirlər Kabineti, digər icraçı kimi Elm və Təhsil Nazirliyi müəyyənləşib.
- Sabahın hava proqnozu açıqlandı
- “Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd etdi
- İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi - Foto
- Prezident sərəncam imzaladı
- Güclü yanğını “Bakı Abadlıq Xidməti”nin əməkdaşı törədib
- Tələbələrə nəqliyyatda 10 faiz güzəşt oluna bilər
- Cərimə borcu barədə saxta SMS alanlara müraciət
- Xəzərdə köməksiz qalan azərbaycanlılar xilas edildi - Foto