Kaxovka SES-in bəndinin dağılması dünya müharibələri tarixində su infrastrukturunun ən böyük dağıntılarından biridir və əsl fəlakətdir.
BUTA.TV xəbər verir ki, bu barədə amerikalı alim-hidroloq Piter Qleyk deyib.
Alim hələ mart ayında sözügedən SES-in məhv edilməsi və qəfil su itkisi halında Zaporojye AES-in bloklarının soyudulmasında ciddi problemlərin yaşanacağına, 2011-ci ildə Fukusimadakına bənzər qəzanın baş verə biləcəyinə diqqət çəkmişdi.
Qleyk bildirir ki, SES-də baş verən hazırki qəza özü ilə humanitar və ekoloji problemlər gətirəcək:
“Bu, son illərdə görünməmiş fəlakətdir. Bu dağıntının humanitar və ekoloji nəticələri çox böyükdür. Əminəm ki, siyasi əhəmiyyəti də fövqəladə olacaq. Bu, Avropanın və dünyanın ən böyük bəndlərindən biri olan nəhəng bənddir. Onun tərkibində 18 kub kilometr su var idi və bu, Kaliforniyadakı ən böyük su anbarından demək olar ki, dörd dəfə çoxdur", - tədqiqatçı qeyd edib.
Qeyd edək ki, ötən gün ruslar Kaxovka SES-in bəndini partladıblar.
Bu, Avropada son illərin ən böyük texnogen fəlakəti sayılır.
- “Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır
- Bakıda oteldə anasını öldürən oğlana hökm oxundu
- Sabahın hava proqnozu açıqlandı
- “Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd etdi
- İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi - Foto
- Prezident sərəncam imzaladı
- Güclü yanğını “Bakı Abadlıq Xidməti”nin əməkdaşı törədib
- Tələbələrə nəqliyyatda 10 faiz güzəşt oluna bilər