“Fəttah” hipersəs raketini təqdim edən Tehran bunu ilk növbədə İsrailin İrana zərbələr endirməməsi üçün çəkindirici amil kimi istifadə etməyə çalışır.
BUTA.TV xəbər verir ki, bunu livanlı istefada olan briqada generalı Hişam Caber deyib.
“Hipersəs raketinin elan edilməsi İran xalqını hərbi komandanlığın həmişə mülki əhalini qorumağa hazır olduğuna inandırmaq üçün hazırlanmış bir mesajdır. Digər tərəfdən isə bu, İsrail hərbi rəhbərliyinə İrana qarşı heç bir tələsik addım atmamaq üçün açıq ismarışdır”, - Caber bildirib.
Qeyd edək ki, İran “Fəttah” adlı ilk hipersəs raketini sınaqdan keçirdiyini açıqlayıb.
- “Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır
- Bakıda oteldə anasını öldürən oğlana hökm oxundu
- Sabahın hava proqnozu açıqlandı
- “Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd etdi
- İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi - Foto
- Prezident sərəncam imzaladı
- Güclü yanğını “Bakı Abadlıq Xidməti”nin əməkdaşı törədib
- Tələbələrə nəqliyyatda 10 faiz güzəşt oluna bilər