Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin kürəkəni Şahriar Maleki Green Farm Azərbaycan MMC-nin (VÖEN-1700495641) rəhbərliyindən gedib.
BUTA.TV Yeniavaz.com-a istinadən xəbər verir ki, Mətləb Musayev Şahriar Malekinin yerinə Green Farm Azərbaycan MMC-yə yeni direktor təyin olunub.
Qeyd edək ki, əslən İrandan olan Böyük Britaniya vətəndaşı Şahriar Maleki 02.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınan Green Farm Azərbaycan MMC-nin qanuni təmsilçisidir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən Green Farm Azərbaycan MMC-yə 2017-ci ilin mayında Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən 5 min hektar torpaq sahəsi ayrılıb.
- “Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır
- Bakıda oteldə anasını öldürən oğlana hökm oxundu
- Sabahın hava proqnozu açıqlandı
- “Bakcell” 8 Martı xanım jurnalistlərlə birgə qeyd etdi
- İlham Əliyev bu məqsədlə İran səfirliyinə getdi - Foto
- Prezident sərəncam imzaladı
- Güclü yanğını “Bakı Abadlıq Xidməti”nin əməkdaşı törədib
- Tələbələrə nəqliyyatda 10 faiz güzəşt oluna bilər