Moldova MDB çərçivəsində iki sazişi denonsasiya edib.
BUTA.TV xəbər verir ki, bu barədə Moldova parlamenti məlumat yayıb.
Məlumata görə, parlamentin Xarici siyasət və Avropaya inteqrasiya komissiyasının üzvləri təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında sazişin və MDB-yə üzv dövlətlər arasında strateji silahlı qüvvələr haqqında sazişin denonsasiyasını təsdiqləyiblər.
Moldova XİN-dən bildirilib ki, MDB üzvləri təbii fəlakətlərlə bağlı az əməkdaşlıq etdiyi üçün bu saziş onlara lazım deyil. Moldovanın nüvə silahı olmadığı üçün strateji silahlı qüvvələr haqqında saziş də lazım deyil.
- Prezident fərman imzaladı
- Prezident onları təltif etdi
- Bakıda gölün qanunsuz doldurulması faktı aşkarlandı
- Naxçıvanda nazir təyinatı oldu
- Küçədə çirkli suyu əhalinin üstünə tökürlər - Video
- Bakıda qətl: 46 yaşlı kişi öldürüldü
- “Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır
- Bakıda oteldə anasını öldürən oğlana hökm oxundu