Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenskinin yerinə kimin keçəcəyi ilə bağlı müzakirələr gedir. Qərbin artıq bir neçə namizədi var.
BUTA.TV xəbər verir ki, bu barədə “InfoBRICS” məlumat yayıb.
“Zelenskinin postuna əsas namizəd Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnıdır. Hökumət komandasından kollektiv narazılıq var, bunun üçün dəyişiklik və yenidən qurulma tələb olunur. Bu mənada Zalujnı indiki prezidentdən daha təcrübəli şəxs kimi görünür. Zalujnının indiki vəzifəsi uğrunda da mübarizə gedir. Onu əvəz edəcək şəxslər arasında Quru Qoşunlarının hazırkı komandanı Aleksandr Sırskinin adı çəkilir. Sırskinin adı paralel olaraq Zelenskinin yerinə keçəcək namizədlər sırasında da hallanır.
Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov da növbəti prezident kimi təklif edilənlərdən biridir. Amma Zalujnı Zelenskini əvəzləmək üçün favorit olaraq qalır”, - məlumatda deyilir.
- Prezident fərman imzaladı
- Prezident onları təltif etdi
- Bakıda gölün qanunsuz doldurulması faktı aşkarlandı
- Naxçıvanda nazir təyinatı oldu
- Küçədə çirkli suyu əhalinin üstünə tökürlər - Video
- Bakıda qətl: 46 yaşlı kişi öldürüldü
- “Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır
- Bakıda oteldə anasını öldürən oğlana hökm oxundu