KTMT-yə daim narazılığını bildirən və sərt tənqid edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün təşkilatın iclasında iştirak edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Məlumata görə, Paşinyanın qərarı ilə Qriqoryan iyunun 7-8-də Minskdə olacaq:
“Qriqoryan hakimiyyətin ən qatı antirusiya mövqeli təmsilçisi hesab olunur. O, İrəvanı KTMT-dən çıxmağa çağırır, təşkilatı daim sərt tənqid edir. Qriqoryan həm də Rusiyanın Ermənistanı İttifaq Dövlətinə qoşulmağa məcbur etməsi tezisinin müəllifidir. Onun KTMT iclasına göndərilməsi təsadüf deyil”.
- Prezident fərman imzaladı
- Prezident onları təltif etdi
- Bakıda gölün qanunsuz doldurulması faktı aşkarlandı
- Naxçıvanda nazir təyinatı oldu
- Küçədə çirkli suyu əhalinin üstünə tökürlər - Video
- Bakıda qətl: 46 yaşlı kişi öldürüldü
- “Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır
- Bakıda oteldə anasını öldürən oğlana hökm oxundu