Rusiya ordusu iyunun 5-dən 6-na keçən gecə Kaxovka SES-in bəndini partlatdı. Nəticədə Xerson vilayətinin böyük hissəsi su altında qaldı və hazırda bölgədə ağır humanitar vəziyyət yaranıb. Lakin bu, Ukraynada Rusiyanın törətdiyi ilk belə hadisə deyil.
BUTA.TV xəbər verir ki, Stalinin əmri ilə 18 avqust 1941-ci ildə almanların hücumunun qarşısını almaq üçün 20 ton partlayıcı ilə Dnepr SES-in bəndi partladılmışdı. Bənd partladılan zaman yerli əhaliyə, hətta SSRİ ordusunun ərazidə olan mövcud hissələrinə belə xəbərdarlıq edilməmişdi. Nəticədə 80 min mülki əhali və 20 min sovet əsgəri 30 metrə çatan dalğaların altında qalaraq həlak olmuşdu.
Müharibədən sonra SSRİ rəhbərliyi saxta sənədli film çəkərək bunun Almaniya tərəfindən törədildiyi haqqında şayiə yaymışdı.
- Prezident fərman imzaladı
- Prezident onları təltif etdi
- Bakıda gölün qanunsuz doldurulması faktı aşkarlandı
- Naxçıvanda nazir təyinatı oldu
- Küçədə çirkli suyu əhalinin üstünə tökürlər - Video
- Bakıda qətl: 46 yaşlı kişi öldürüldü
- “Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır
- Bakıda oteldə anasını öldürən oğlana hökm oxundu