Xerson vilayətinin Dnepr çayı ilə bölünmüş sağ cinahı Ukraynanın, sol cinahı isə Rusiyanın nəzarəti altındadır.
BUTA.TV xəbər verir ki, bunu türkiyəli politoloq Mehmet Çağatay Gülər Kaxovka SES-in partladılması ilə bağlı danışarkən deyib.
“2022-ci ilin noyabrında Rusiya Silahlı Qüvvələri qoşunlarını Xerson şəhərindən Dnepr çayının arxasına çəkməyi, çayı təbii sərhədə çevirməyi və müdafiəsi nisbətən asan olan ərazilərə yerləşdirilməyi planlaşdırırdı. O vaxtdan bəri Dnepr çayının sol sahilindəki rus əsgərləri öz mövqelərini möhkəmləndirdilər. Bu baxımdan Rusiyanın bəndi partlatması həm də özünü ayağından vurmaq deməkdir. Yəni bu, çayın sol sahilində yerləşmiş əsgərlərini və aylarla qurduğu bütün hərbi istehkamları törətdiyi seldə itirməsi deməkdir”, - Gülər bildirib.
- Prezident fərman imzaladı
- Prezident onları təltif etdi
- Bakıda gölün qanunsuz doldurulması faktı aşkarlandı
- Naxçıvanda nazir təyinatı oldu
- Küçədə çirkli suyu əhalinin üstünə tökürlər - Video
- Bakıda qətl: 46 yaşlı kişi öldürüldü
- “Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır
- Bakıda oteldə anasını öldürən oğlana hökm oxundu