Çin bərk yanacaqla işləyən “Licien-1”daşıyıcı raketi ilə orbitə 26 peyk çıxarıb.
BUTA.TV xəbər verir ki, daşıyıcı raketin buraxılışı Qobi səhrasındakı Ciuçüən kosmodromunda yerli vaxtla saat 12:10-da (Bakı vaxtı ilə 8:10) baş tutub. Bu, “Licien-1” seriyasından 2-ci uğurlu raket buraxılışı, habelə ölkə tarixində eyni raketdə ən çox peykin orbitə çıxarılmasıdır.
Çinin Elmlər Akademiyası mexanika institutunun mütəxəssislərinin hazırladığı raket 1500 ton yükü 500 kilometr yüksəyə qaldıra bilir.
Orbitə çıxarılan peyklər əsasən texnoloji eksperimentlər və məlumatları məsafədən yoxlamaq üçün istifadə ediləcək.
- Prezident fərman imzaladı
- Prezident onları təltif etdi
- Bakıda gölün qanunsuz doldurulması faktı aşkarlandı
- Naxçıvanda nazir təyinatı oldu
- Küçədə çirkli suyu əhalinin üstünə tökürlər - Video
- Bakıda qətl: 46 yaşlı kişi öldürüldü
- “Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır
- Bakıda oteldə anasını öldürən oğlana hökm oxundu