Ukraynanın Kaxovka su elektrik stansiyasının partladılmasından sonra Xerson vilayətini su basması nəticəsində ölənlər var.
BUTA.TV xəbər verir ki, bu barədə Xerson vilayətinin Oleşek şəhərinin meri Yevgeni Rişuk məlumat verib.
Onun sözlərinə görə, şəhərdə daşqın nəticəsində artıq 3 nəfər həlak olub.
“Düşünürəm ki, bu rəqəm daha çox olacaq. Çox adam yataq xəstəsi idi, ayaqları yox idi, ayaqsız adam damın üstünə necə çıxa bilər?”,- Rişuk qeyd edib.
Mer deyib ki, Oleşek şəhərinin 90 faizi su altında qalıb, bəzi yerlərdə suyun səviyyəsi 3 metrə çatır:
“Rus işğalçıları yalnız axşam saatlarında yerli sakinləri təxliyə etməyə başlayıblar”.
- Prezident fərman imzaladı
- Prezident onları təltif etdi
- Bakıda gölün qanunsuz doldurulması faktı aşkarlandı
- Naxçıvanda nazir təyinatı oldu
- Küçədə çirkli suyu əhalinin üstünə tökürlər - Video
- Bakıda qətl: 46 yaşlı kişi öldürüldü
- “Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır
- Bakıda oteldə anasını öldürən oğlana hökm oxundu