Qərbi Zəngəzur (Sünik) qubernatoru Robert Qukasyanın Azərbaycan Ordusunun Dığ (Dağ) kəndinin bəzi istiqamətlərində geri çəkilməsi ilə bağlı açıqlamasını erməni mənbələri də təkzib edib.
BUTA.TV xəbər verir ki, Dığ kəndinin Ağsaqqallar Şurasının üzvü Arqam Hovsepyan media ilə əlaqə saxlayaraq, Qukasyanın bu iddiasına münasibət bildirib.
“Azərbaycan Ordusu heç yerə çəkilməyib. Əgər azərbaycanlılar geri çəkilsəydi, mən bilərdim”, - deyə o qeyd edib.
Xatırladaq ki, 6 iyunda Rober Qukasyan Azərbaycan Ordusunun “bəzi istiqamətlərdə geri çəkildiyini” bildirsə də, hərbi mənbələr bunun yalan olduğunu vurğulamışdılar.
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?
- Toy karvanında avtoşluq edən sürücü həbs edildi - Video
- ADY Qadınlar Günü ilə bağlı sərnişinlərə müraciət etdi