Kaxovka SES-də baş vermiş texnogen qəzaya görə vəziyyət son dərəcə ağırdır və rus işğalçıları insanların təxliyə edildiyi əraziyə artilleriya zərbələrini dayandırmır, yaralılar var.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Bu, təbii fəlakət və ya iqlim böhranının təzahürü deyil, bu, Putinin fəlakətidir. O nə edir? Şəxsən nəyi əmr edir?", - Zelenski söyləyib.
O qeyd edib ki, ərazinin su basmış ona yaxın yaşayış məntəqəsi işğaldadır:
"Orada ümumiyyətlə, təxliyə yoxdur - insanlar ikinci gündür damlardadırlar. İçməli sudan, yeməkdən və tibbi yardımdan məhrumdurlar. Nə qədər ölü və yaralının olduğu məlum deyil".
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?
- Toy karvanında avtoşluq edən sürücü həbs edildi - Video
- ADY Qadınlar Günü ilə bağlı sərnişinlərə müraciət etdi