Müharibə rusiyalı milyarderlərə sərf etmir, amma onlar heç nə etməyəcəklər.
BUTA.TV xəbər verir ki, bunu Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov deyib.
“Rusiya siyasi dairələrində Putinə güc göstərə biləcək şəxs yoxdur. Hamısı ondan qorxur, Putinin əlində alətə çevriliblər. Putin onları əmrlərini yerinə yetirmək üçün milyarder edib, öz şəxsi fikirlərini demək üçün deyil. Öz fikirini bildirənlər üçün isə Xodorkovski açıq misaldır. Hamı Putindən qorxur”, - Kasyanov bildirib.
Onun sözlərinə görə, Rusiyanın yüksək rütbəli məmurları tənqidi bəyanatlar səsləndirməyə qorxurlar, çünki onların demək olar ki, bütün aktivləri Rusiyadadır:
“Bəli, hətta müxtəlif qurumların rəhbərləri Putinə nifrət edirlər, çünki müharibəni onlarla məsləhətləşmədilər. Onlar səs hüququndan məhrumdurlar”.
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?
- Toy karvanında avtoşluq edən sürücü həbs edildi - Video