Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Soçidə qeyri-rəsmi şəraitdə danışıqlar aparıblar. Görüş zamanı Putin bildirib ki, Rusiya nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsinə iyulun 7-8-də onlar üçün qurğuların hazırlanması başa çatdıqdan dərhal sonra başlayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
“Razılaşdığımız ən həssas məsələlərdə hər şey plan üzrə gedir. Bildiyiniz kimi, iyulun 7-8-də müvafiq obyektlərin hazırlığı başa çatacaq və biz dərhal ərazinizdə müvafiq silah növlərinin yerləşdirilməsini yekunlaşdıracağıq”, - Putin bildirib.
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?
- Toy karvanında avtoşluq edən sürücü həbs edildi - Video