Avqustun 1-dən İslandiyanın Moskvadakı səfirliyi fəaliyyətini dayandıracaq.
BUTA.TV xəbər verir ki, bu barədə İslandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bundan başqa, İslandiya Rusiyadan Reykyavikdəki səfirliyin işini məhdudlaşdırmağı və diplomatik nümayəndəliyin səviyyəsini aşağı salmağı tələb edib. İslandiyanın Moskvadakı səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı qərar diplomatik münasibətlərin kəsilməsi deyil. Şərtlər imkan verən kimi İslandiya Moskvada səfirliyinin yenidən açılmasını prioritet hesab edəcək”, - məlumatda qeyd edilib.
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?
- Toy karvanında avtoşluq edən sürücü həbs edildi - Video