Ukrayna Silahlı Qüvvələri Donetsk vilayəti istiqamətində Çeçenistanın Respublikasının başçısı Ramzan Kadırovun 56 döyüşçüsünü zərərsizləşdirdiyini açıqlayıb. Ukrayna müharibəsinin bu şəkildə davam etməsi yaxın gələcəkdə Şimali Qafqazı qarışdıracaq.
BUTA.TV xəbər verir ki, bu fikirlərlə politoloq Elxan Şahinoğlu çıxış edib.
O bildirib ki, çeçenlər kimin və nəyin naminə özlərinə aid olmayan işğalçı müharibədə həlak olduqları sualına cavab axtaracaqlar:
“Məhz bu sualın aktuallığına görə dağıstanlılar övladlarını Ukrayna müharibəsinə göndərməkdən imtina edirdilər. Eyni sual çeçenlərin də beynində dolaşmaqdadır. Ramzan Kadırov dostu və şefi Kreml sahibi Vladimir Putinə sədaqətini göstərmək üçün çeçenləri Ukraynada ölümə göndərir. Çeçenlərin sayı ruslar qədər deyil ki, gündə 50 və ya 100 gəncini müharibədə itirmək lüksünə malik olsun. Bunun hesabı da bir müddətdən sonra soruşulacaq. Ukrayna müharibəsinin davamı Rusiyada mərkəzdənqaçma meyillərini gücləndirəcək, birinci başlayan yenə Şimali Qafqazdakı xalqlar olacaq”.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?