Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədində olan ərazilərdə vəziyyətə nəzarət edir.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin erməni mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya öz öhdəliklərinə, 1990-cı illərdə iki ölkə arasında imzalanmış sənədlərə sadiqdir:
"Rusiya sərhədçiləri öz funksiyalarını yerinə yetirirlər, hətta Ermənistan-Azərbaycan sərhədində də olurlar, vəziyyəti monitorinq edirlər. Yəni Rusiya bununla bağlı öz öhdəliklərinə ciddi yanaşır. Burada bizim mövqeyimiz dəyişmir", - Kopırkin bildirib.
Qeyd edək ki, Rusiya sərhədçiləri 2020-ci ilin dekabrından Gorus-Qafan-Çakaten ərazisində yerləşdirilib.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?