Azərbaycan cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən veteranlar arasında Avropa çempionatının ikinci günündə 3 qızıl medala sahib olublar.
BUTA.TV Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışın ikinci günündə M3 yaş kateqoriyası və M4 yaş kateqoriyası üzrə 15 cüdoçumuz medal uğrunda mübarizə aparıb.
M3 yaş kateqoriyası üzrə Zülfüqar Hüseynov (81 kq), M4 yaş kateqoriyası üzrə Babək Hacıyev (60 kq) və Vüqar Budaqov (73 kq) qızıl medal əldə ediblər.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?