ABŞ-da fəaliyyət göstərən yunan lobbisi - Yunan Amerika Liderlik Şurası (HALC) ABŞ Konqresinə Türkiyəyə qarşı yazılmış məktub ünvanlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” nəşri məlumat yayıb.
Məktubda bildirilib ki, Konqresin Türkiyəyə F-16-ların satışını dayandırmaq səlahiyyəti var:
“Türkiyə ABŞ-dan F-16 təyyarələri və modernləşdirmə dəstləri almaq üçün səylərini sürətləndirir. Sizin buna qarşı hərəkət etməyiniz lazımdır. Çünki Türkiyə Yunanıstanı müharibə ilə hədələməkdə davam edir. Hətta, Türkiyənin yeni milli müdafiə naziri Ankaranın Egey bölgəsindəki maraqlarını və “Mavi vətən”i qoruyacağına söz verib. Konqresin bu satışı dayandırmaq səlahiyyəti var. Biz Konqres üzvlərinin hərəkətə keçməsini və Türkiyənin Yunanıstanla “müharibə təhdidi”ni davam etdirdiyi müddətcə, ABŞ-dan F-16-ları ala bilməyəcəyini tələb etmələrini istəyirik”, - məlumatda bildirilib.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?