Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropadan 3 əsas məsələnin həllini tələb edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın “Foreign Policy” qəzeti məlumat yayıb.
Bildirilir ki, Ərdoğan Serbiya ilə Kosovo arasındakı gərginlikdə mühüm rol oynamaq istədiyini göstərib:
“Bölgədə sabitliyin təminatı üçün lazımi addımları atan Türkiyə lideri, Avropa Birliyinə (AB) təsir etmək üçün qeyri-qanuni miqrasiya keçidlərinin qarşısını almağa da davam edəcək.
Ərdoğanın AB üçün etdiklərinin qarşılığında istəyəcəyi əsas məsələlər isə bunlar olacaq: Türkiyənin artıq demokratik olmadığına dair ittihamlara son qoyulması, Türkiyə kapitalının Avropa bazarlarına daxil olması və ölkə vətəndaşlarının Şengen zonasına vizasız gediş-gəlişi”.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?