Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində axtarışda olan və oğurluq əməli törədən şəxslər müəyyən edilib.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd edilib ki, may ayı ərzində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ötən ildən də axtarışda olan, ümumilikdə 4 nəfər müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilib.
Həmin şəxslərdən biri - rayon sakini Sadiq Süleymanov dələduzluq əməlində şübhəli bilindiyinə görə barəsində cinayət işi başlanılıb. Araşdırmalarla onun müxtəlif vədlər verərək vətəndaşların 40 min manat məbləğində pulunu mənimsədiyi istintaqa məlum olub.
Bundan əlavə, keçirilən digər bir tədbirlə rayon ərazisindəki şəxsi təsərrüfatdan xırdabuynuzlu heyvanlar oğurlayan Lənkəran rayon sakini Amin Əhmədov da saxlanılıb. O, oğurluğu qazanc əldə etmək məqsədi ilə törətdiyini etiraf edib.
Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?