Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkənin şərqində baş verən genişmiqyaslı təbii yanğın fonunda fövqəladə hallar naziri Yuri İlini vəzifəsindən azad edib.
BUTA.TV xəər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, ölkənin şərqindəki Abay rayonundakı Batpayev meşə təsərrüfatında yanğın cümə axşamı ildırım çaxmasından sonra başlayıb. Ərazinin avtomobillər üçün keçilməz olması səbəbindən yanğınsöndürənlər onu tez bir zamanda söndürə bilməyiblər. Yanğın zamanı meşə təsərrüfatının 3 əməkdaşı həlak olub, daha 11 işçinin axtarışları davam etdirilir. Son məlumata görə, yanğının ilkin sahəsi 60 min hektarı ötüb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın yerinə müxtəlif idarələrdən 800-ə yaxın mütəxəssis, 200-ə yaxın texnika və 9 helikopter cəlb olunub. Fəlakət zonasına digər rayonlardan əlavə qüvvə və vasitələr göndərilib. Söndürmə yüksək temperatur, geniş yanma sahəsi və saniyədə 10 metrə çatan küləyə görə çətinləşir.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?