İlkin qiymətləndirməyə görə, səhər 8.45 radələrində Almadağ fabrikimizin dinamit hazırlama hissəsində kimyəvi reaksiya nəticəsində partlayış baş verib.
BUTA.TV xəbər verir ki, bu sözləri Ankara valisi Vasif Şahin bu gün Ankarada hərbi müəssisədə baş verən partlayış haqda danışarkən deyib.
“Təəssüf ki, orada çalışan 5 işçimiz dünyasını dəyişdi. Allahdan onlara rəhmət diləyirəm. Hazırda hüquq-mühafizə orqanları vəziyyəti araşdırır. Daha dəqiq və geniş məlumat gələndən sonra ətraflı açıqlama verəcəyik. Dağıntılar altında olan hər kəs çıxarılıb”, - Şahin bildirib.
Qeyd edək ki, Ankarada yerləşən maşınqayırma və kimya sənayesi müəssisəsinin raket və partlayıcı istehsal edən zavodunda səhər saatlarında partlayış baş verib. Hadisə nəticəsində 5 işçi həlak olub.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?