Polşanın şərqində fermerlər iyunun 9-dan etibarən Ukrayna taxılının ölkəyə idxalına etiraz olaraq, sərhədin yaxınlığında etiraz aksiyası keçirirlər.
BUTA.TV xəbər verir ki, bir neçə aydan bəri yerli fermerlər Ukrayna məhsullarının daha ucuz qiymətə Polşaya daxil olması və yerli məhsulların rəqabətə davam gətirməməsindən narazıdırlar. Polşa və Avropa Birliyinin Ukraynanın kənd təsərrüfatı mallarının bazara təsirini yumşaltmaq səylərinə baxmayaraq, fermerlər atılan addımları yetərli hesab etməyiblər.
Fermerlərin etirazı ilə əlaqədar Dorohusk sərhəd-keçid məntəqəsinə gedən yol bağlanıb. Təxminən 450 yük maşını sərhədi keçmək üçün 13 kilometrlik tıxac yaradıb və saatda yalnız iki nəqliyyat vasitəsinin keçməsinə icazə verilir.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?