Rusiyanın Qara dəniz donanmasına aid “Priazovye” gəmisinin ekipajı hücuma cəhd edən Ukraynanın pilotsuz katerini məhv edib.
BUTA.TV Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, kater AK-306M avtomatı ilə zərərsizləşdirilib.
Yayımlanan kadrlarda katerlərdən birinin gəmiyə yaxınlaşması və AK-306M-dən məhv edilməsi görünür. Videoda katerin partladığı əks olunur.
Qeyd edək ki, bundan öncə Rusiya MN Ukraynanın “Türk axını” və “Mavi axın” qaz kəmərlərinin təhlükəsizliyini təmin edən Qara dəniz Donanmasının “Priazovye” gəmisinə altı pilotsuz qayıqla hücum etmək cəhdinin uğursuz olduğunu açıqlamışdı.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?