İyunun 11-i günorta saatlarından başlayaraq Qubada yağan güclü yağış çaylarda suyun səviyyəsini artırıb, sel təhlükəsi yaradıb.
BUTA.TV xəbər verir ki, Vəlvələçayda yaranan sel suları çayın kənarında Təngə dərəsi adlanan ərazidə yerləşən istirahət mərkəzinin bəzi avadanlıqlarını aparıb. Bundan başqa yağış nəticəsində yaranan sel suları dağlıq kəndlərdə həyətlərə dolub, Yuxarı Digah kəndində isə daş hasarı uçurub.
Sel nəticəsində xəsarət alan yoxdur.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?