Rusiya sanksiyalardan yan keçməyin yolunu tapıb. Onlar səmərəsiz sanksiyalar sayəsində Ukrayna şəhərlərini atəşə tutmaqda davam edir. Təəssüf ki, Rusiya silah komponentlərini alır və istehsalını davam etdirir.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib.
O xatırladıb ki, rusların əlində kifayət qədər yüksək dəqiqlikli uzaqmənzilli "X-101", “İsgəndər-M”, “İsgəndər-K”, “Kalibr”, “Xəncər” raketləri yox idi:
"Rusiya kritik infrastrukturumuza hücum edərkən bütün potensialından istifadə etdi. Amma yazda düşmən hasilatı artıranda qısa fasilə yarandı. İndi onlarda daha çox "Xəncər" və "Kalibr" var. Rusiya, açıq-aydın, onunla əməkdaşlıq edən ayrı-ayrı ölkələrin hesabına sanksiyalardan yan keçməyin yolunu tapıb. Beləliklə, düşmən özünün istehsal edə bilmədiyi texnoloji şeyləri alır: elektron lövhələr, çiplər, yarımkeçiricilər.
Ümid edirəm ki, Rusiya sanksiyalarla "sıxılacaq". Əgər sanksiyalar hərtərəfli işləsə və nəzarət olunsa, o zaman Rusiyanı yerinə oturtmaq olar".
Qeyd edək ki, Rusiyaya sanksiyalardan yayınmaqda yardım edən əsas ölkə Ermənistandır.
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video
- Manaf Cəlilzadəyə hökm oxundu
- 32 yaşında nazir təyin olunan Fərid Bağırzadə kimdir?