Bakının Vaşinqtondakı görüşü təxirə salmaq və ya ləğv etmək qərarının səbəbi amerikalı diplomatlardan birinin beynəlxalq təşkilatın hansısa tribunasından verdiyi bəyanatla bağlıdır.
BUTA.TV xəbər verir ki, belə bir iddia ilə erməni politoloq Tiqran Qriqoryan çıxış edib.
O bildirib ki, bu bəyanatdan sonra Bakı ABŞ-a müəyyən tələblər irəli sürdü və görüşdə iştirakdan imtina etdi:
“ABŞ diplomatının bəyanatı Laçın yolu ilə bağlıdır”.
Qeyd edək ki, 12 iyunda ABŞ-da keçirilməsi nəzərdə tutulan Azərbaycan-Ermənistan XİN rəhbərlərinin görüşü Bakının istəyi ilə təxirə salınıb. Yeni görüşün vaxtının ay sonuna qədər dəqiqləşəcəyi bildirilir.
Azərbaycan XİN-in görüşü niyə təxirə saldığı barədə rəsmi açıqlama verilməyib.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video