Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri ilə əlaqədar təxirə salınıb.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Tərəflər arasında yaranmış fikir ayrılıqlarının görüşün təxirə salınmasına səbəb ola biləcəyi ilə bağlı suala Simonyan “yox” cavabını verib:
“Ümid edirəm ki, yaxın vaxtlarda danışıqlar baş tutacaq”.
Qeyd edək ki, 12 iyunda Vaşinqtonda keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan XİN başçılarının görüşü rəsmi Bakının müraciəti əsasında təxirə salınmışdı.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video