Azərbaycanla münasibətlərimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq.
BUTA.TV əbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı deyib.
Onun sözlərinə görə, bu gün Türkiyə-Azərbaycan qardaşlığı dünyada qibtə ilə izlənilir:
"Bunun nümunəsini Türkiyədə baş verən zəlzələ zamanı gördük. Çünki Azərbaycan dövləti və xalqı kədərimizi öz kədəri kimi qəbul etdi. Azərbaycan xilasediciləri dərhal zəlzələ bölgəsinə gəldi. Ürəyi Türkiyə ilə döyünən hər bir Azərbaycan vətəndaşına şəxsən öz və xalqım adından minnətdarlığımı bildirirəm. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq".
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video