Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri zamanı rəsmi görüş olmasa da, kifayət qədər yaxşı keçdi.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Baş nazir həm türk siyasətçilərin, həm də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində idi və səfər, demək olar ki, bu tədbirin əsas hadisələrindən birinə çevrildi. Prezident Ərdoğanın ön cərgədə qonaqları salamladıqdan sonra ikinci sırada əyləşən Ermənistan baş nazirinə xüsusi tərzdə yaxınlaşaraq onu məxsusi qarşılamasından bəzi həmkarlar əsəbiləşib. Adının çəkilməməsinə gəlincə, baş nazirin adı çəkildi, video materialda da var. Ümumiyyətlə, səfəri kifayət qədər müsbət qiymətləndirirəm”, - Simonyan bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də keçirilən andiçmə mərasimində Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak etmişdi.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video