Daşnaksütyun Partiyası ümumerməni etirazına çağırır. Erməni xalqı və dövlətçiliyi öz mövcudluğu təhlükəsi ilə üz-üzədir. Hakimiyyət orqanlarının “Qarabağ xalqı”nın öz müqəddəratını təyinetmə hüququ və Ermənistanın müstəqilliyi ilə bağlı hərəkətləri antimilli və destruktiv xarakter daşıyır.
BUTA.TV xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının ali orqanının rəsmi nümayəndəsi İşxan Saqatelyan deyib.
“Erməni xalqının arxasında konstitusiyaya zidd yolla əldə edilən və ya bağlanan hər hansı razılaşma və ya sənədin hüquqi və siyasi legitimliyi olmayacaq. Bu, yeni müharibə təhlükəsi ilə doludur və regionu yeni sarsıntılara aparacaq. Həlledici müqavimət anı gəlib”, - Saqatelyan bildirib.
Onun sözlərinə görə, mövcud çağırışları qarşılamaq üçün yeni xalq hökuməti formalaşdırılmalıdır.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video