ABŞ-da prezident seçkisi zamanı Minsk Donald Trampı dəstəkləyəcək.
BUTA.TV xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Tramp hakimiyyətə gəlsin və bir gündə NATO-nun Rusiyaya qarşı vuruşan 50 dövlətini dayandırsın. Tramp üçün siyasi nöqteyi-nəzərdən “diktator”un ölkəsinə gəlmək asan olmayacaq. 2022-ci ilin yazında Belarusda danışıqlar aparan Ukrayna və Rusiya nümayəndələri danışıqları İstanbulda davam etdiriblər. Çünki bunu Kiyevdən ABŞ istəyib. Bu, bir oyundur, bir siyasətdir. Ancaq Tramp daha qətiyyətlidir. O, bu istəkləri silə, təyyarəyə minə və Minskə gələ bilər. Amma Tramp tam olmasa da, qismən müharibəni bitirmək üçün verdiyi vədləri yerinə yetirməli olacaq. Çünki o, bunu çox açıq deyirdi”, - o bildirib.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video