Ermənistan 2025-ci ildən sonra Rusiya bazalarından və hərbçilərindən bütünlüklə imtina etmək istəyir.
BUTA.TV xəbər verir ki, bu barədə Qarabağdakı qondarma rejimin “vahid vətən partiyasının” rəhbəri Samvel Babayan deyib.
O bildirib ki, Azərbaycan hazırda güclü hərbi mövqedə olduğunu düşünərək, sülh müqaviləsinə çalışır:
“Azərbaycan Ordusunun füclü olması barədə ritorika reallığa uyğun gəlmir. Ona görə də Bakı İrəvanla sərhədləri müəyyənləşdirərək, mümkün qədər tez siyasi həll tapmaq istəyir”.
Babayan həmçinin əlavə edib ki, rəsmi Bakı qoşunlarını Cermuk, Basarkeçər, Qaragöl istiqamətindən geri çəkmək niyyətində deyil, çünki bu əraziləri öz torpağı sayır.
“Mən düşünmürəm ki, Qarabağın statusu ilə bağlı müddəa sülh müqaviləsində aydın şəkildə göstərilməlidir. Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıya bilər, lakin Bakı Ermənistanın ərazi bütövlüyünü tanıdığını demir”, - o bildirib.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video